Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanılıb

Ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, quruma daxil olan vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Məlumata görə, müəyyən edilib ki, Lənkəran rayonunun Bürcəli kəndində, Balakən rayonunun Püştətala kəndində, Zərdab rayonu, İsaqbağı kəndində meşə fonduna daxil olmayan və Oğuz rayonu ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 49 min manat ziyan dəyib.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...