Almaniyada koronavirusdan ölən azərbaycanlının ailəsi danışdı - YENİLƏNİB
Almaniyanın Bayroyt şəhərində koronavirusdan vəfat edən azərbaycanlının ailəsinin axtarılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Xalqxeber.az" xəbər verir ki, bu barədə Oxu.Az-a onun ailə yaxınları məlumat verib.
Bildirilib ki, Eldar Nizami oğlu Xəlilov iyulun 19-dan 20-nə keçən gecə vəfat edib:
“Ailəsi bu barədə məlumatlıdır. Onun nəşinin vətənə gətirilməsi istiqamətində zəruri tədbirlər görülür”.
***
Almaniyanın Bayroyt şəhərində yaşayan azərbaycanlı koronavirusdan vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, söhbət Eldar Nizami oğlu Xəlilovdan gedir. Belə ki, vətəndaş vəfat edib, lakin nəşi morqda saxlanılır.
Qeyd olunur ki, həmyerlilərimiz Eldar Xəlilovun yaxınlarını axtarırlar. Soydaşımızın nəşinin Vətənə gətirilməsi üçün kömək lazımdır.
Onu da qeyd edək ki, iddialara görə, müəyyən müddət ərzində şəxsin ailə yaxınları tapılmazsa, meyit yandırıla bilər. Bu isə müsəlman qaydalarına ziddir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...