Quyruğu yoluq SEPAH-ın üstümüzə hürməkliyi... - deputatdan REAKSİYA

İyulun 5-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi teleqram kanalı Azərbaycana qarşı növbəti təhdid dolu mesaj paylaşıb.
Qeyd olunub ki, “Sionist rejimin şimal sərhədlərimizdəki müttəfiqləri bilməlidirlər ki, biz tozları təmizləmək üçün süpürgədən istifadə edirik. Amma bəzən lazım gəldikdə “Fateh”i (İranın ballistik raketi) də işə salırıq...”.
Qeyd edək ki, SEPAH-ın bu paylaşımı istər təşkilatın, istərsə də digər İran rəsmilərinin dilindən son günlərdə ölkəmizə qarşı səsləndirilən ilk belə hal deyil. DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Fazil Mustafa qeyd edib ki, bu cür açıqlamalar ölkələlərarası münasibətlərin inkişafına maneə törədir:
“Arada SEPAH rəsimləri tərəfindən belə gic və mənasız açıqlamalar verilir. Bunlar əslində Azərbaycan-İran münasibətlərinin müsbət mənada inkişafı zamanı olan çağırışlardır. Bu gün heç bir ölkə, həm İran, həm də digərləri belə təhdid dili ilə danışanda sonra böyük fəlakətlər yaşayır. Necə ki, Rusiya atdığı addımların böyük faciəsini yaşamaqdadır. Dövlətlər də bundan nəticə çıxarmalıdırlar ki, başqalarını təhdid edib, hədələməklə nəticə əldə etmək mümkün deyil”.
Deputatın sözlərinə görə, bu kimi məsələlərdə Azərbaycanı hədələmək sadəcə onların özlərinə ziyan verə bilər:
“Biz hansı ölkə ilə müttəfiq olmağımızla bağlı kimdənsə icazə almırıq. Eyni zamanda İranla da normal münasibətlər saxlayırıqsa, başqa ölkələrin də buna qarışmasına imkan vermirik. Biz hamı ilə normal münasibətlərin saxlanılmasının tərəfdarıyıq. İndi kimsə İrandan gic-gic, mənasız açıqlamalar verəcəksə, çalışmalıyıq ki, bu ölkələrarası münasibətlərə təsir göstərməsin. Çünki dövlətlər öz maraqları çərçivəsində hərəkət edirlər. Əgər bizim başqalarıyla dostluğumuz İranın əlehinə çevrilməyibsə, niyə bundan narahat olmalıdırlar?”
Fazil Mustafa Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin bununla yalnız özlərinə ziyan vurduqlarını qeyd edib:
“SEPAH-ın da bu tip mənasız açıqlamalarının Azərbaycan üçün heç bir dəyəri yoxdur. Azərbaycan normal qonşuluq və sülhə üstünlük verən siyasətini davam etdirəcək. Eyni zamanda biz İsraillə də münasibətlərimizi əvvəlki qaydada davam etdirəcəyik, digər ölkələrin istəyib-istəməyəcəyinə rəğmən. Biz öz siyasətimizi müstəqil müəyyən edirik. Ona görə də, İranla münasibəti poz deyənlərə də, İrandan bizim hansısa bir ölkəylə yaxınlığmızı bəyənməyənlərə də, “burnunuzu bizim işimizə soxmayın” deyirik”. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...