Minaya düşən polisimizdən xəbər var - ayağı amputasiya edilib

Hadisə

 
 İyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, o, xəstəxanaya yerləşdirilib. Ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.