Bakıda internat məktəbində qız zorlanıb? - RƏSMİ CAVAB
Bakının Nizami rayonunda yerləşən xüsusi internat məktəbində zorlanma hadisəsi olması barədə iddialar yayılıb.
Xalqxeber.az lent.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Nizami rayonunda yerləşən 3 saylı respublika xüsusi internat məktəbində azyaşlı qızlardan biri cinsi təcavüzə məruz qalıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə müraciət daxil olub:
“Müraciət daha sonra rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Burada işin mahiyyətinin öyrənilməsi üçün ekspertiza təyin olunub.
Lakin ekspertiza zamanı internat məktəbində zorlanma hadisəsinin olmadığı üzə çıxıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...