Polis zabiti toyda məhkəmə katibini döydü
İyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində insident baş verib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə gecə saat 22 radələrində rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.
Yaşar Cəbiyev baş vermiş hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırmalar aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...