Azərbaycanda Vəzifəli Şəxsin Ölümünə Səbəb Olan Avtomobilin Sürücüsü Polis Imiş
Ötən gün Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Xızı-Giləzi yolununun 24-cü kilometrliyində baş vermiş qəzanı polis əməkdaşı törədib.
Belə ki, dünən saat 09 radələrində DİN Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Kamil Hüseynovun idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Sahib Eyvazovun sürdüyü VAZ-2121 “Niva” toqquşub.
Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.
Bildirilir ki, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib.
Faktla bağlı açılmış cinayət işinin materialları Xızı Rayon Prokurorluğuna göndərilib.
Qeyd edək ki, T.Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...