Qalmaqallı qaziyə CİNAYƏT İŞİ AÇILDI: Adam bıçaqlayıbmış
Sumqayıtda bıçaqlanma hadisəsi olub.
Laçın rayon sakini, 1986-cı il təvəllüdlü Emin Hünbətov Ceyranbatan qəsəbəsində tanışı Rafiq Novruzovu bıçaqlayıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət almış şəxs xəstəxanaya aparılıb.
Bildirilir ki, hadisə Ceyranbatandakı “Praqa” restoranının yaxınlığındakı köşkün arxasında baş verib.
Emin Hünbətov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə iş açılıb və o, şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, bıçaqlanma hadisəsini törədən E.Hünbətov Vətən müharibəsində iştiraka görə iki medalla təltif edilib. Onun atası İsrafil Hünbətov Birinci Qarabağ müharibəsində şəhid olub.
Xatırladaq ki, E.Hünbətovun adı bir neçə ay əvvəl özünə qanunsuz obyektlər açmaq məsələsində hallanıb. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinin yaydığı açıqlamada deyilirdi ki, E.Hünbətov Ceyranbatanda heç bir icazə sənədi olmadan qanunsuz olaraq özü üçün əlavə bir köşk quraşdırıb. Beynəlxalq əhəmiyyətli yolun kənarında hər-hansı köşkün quraşdırılmasının yolverilməz olduğu bildirilsə də E.Hünbətov bununla razılaşmayıb, RİH əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, özünü yandırmaqla təhdid edərək qanunsuz köşkün götürülməsinə mane olub.
Bıçaqlanma hadisəsi də məhz bu köşkün arxasında baş verib.Qafqazinfo



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...