SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda DƏHŞƏT: Ana və azyaşlı qızı yanaraq öldü - YENİLƏNİB + FOTO

Azərbaycanda DƏHŞƏT: Ana və azyaşlı qızı yanaraq öldü - YENİLƏNİB + FOTO

Tarix:

19-02-2022, 17:20

/ 548 dəfə oxundu.
Azərbaycanda DƏHŞƏT: Ana və azyaşlı qızı yanaraq öldü - YENİLƏNİB + FOTO

Ötən gecə Zərdabın Çallı kəndindəki yanğın zamanı ölən və yaralanan azyaşlıların fotoları yayılıb.

3-cü sinif şagirdi Əhmədli Gülayə Pərvin qızı və anası Əhmədova Pərvanə hadisə zamanı həlak olub.


Gülayənin qardaşı, 1-ci sinif şagirdi Əhmədli Gülməmməd və nənəsi isə ağır yanıq xəsarəti ilə Bakı şəhərinə aparılaraq xəstəxanaya yerləşdiriliblər.

08:58

Zərdab rayonunda dəhşətli yanğın hadisəsi baş verib. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərhlər

XƏBƏR LENTİ