SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Rusiyadan ekstradisiya edilən Faliq Vəliyevə hökm oxundu

Rusiyadan ekstradisiya edilən Faliq Vəliyevə hökm oxundu

Tarix:

25-09-2021, 20:00

/ 487 dəfə oxundu.
Rusiyadan ekstradisiya edilən Faliq Vəliyevə hökm oxundu


Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə döyüşməkdə və onun fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Faliq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xalqxeber.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

Faliq Vəliyevin Rusiya ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycana ekstradisiya olunub. Onun “Hüseyniyyun” adlı qanunsuz silahlı birləşmənin tərkibində döyüşdüyü ortaya çıxıb.


Şərhlər

XƏBƏR LENTİ