İki aydır axtarılan İsmətlə Ülfətin cəsədləri tapıldı
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının ANAMA əməkdaşlarının iştirakı ilə birlikdə keçirdikləri axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədlərini Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlayıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar cəsədləri ərazidən çıxarmaq mümkün olmayıb.
Onların nəşi sabah prokurorluq əməkdaşlarının iştirakı ilə ərazidən çıxarılacaq.
Qeyd ki, Ü.Rüstəmov və İ.Bayramov qonşudurlar.
Xatırladaq ki, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyul ayının 30-da at gətirmək adı ilə rayonun Alaxançaylı kəndindən çıxıb və bir daha geri qayıtmayıblar. Onların dumanlı havada azmaları ehtimal olunurdu.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək