Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib
Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar yaradıb, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.
Saat 18 radələrindən başlayaraq, Qərb bölgəsinin dağlıq rayonlarında leysan yağış və güclü ildırım müşahidə olunur. Bu saatlarda isə Gəncə şəhəri və yaxın rayonlarda da küləklə müşahidə olunan leysan yağış yağmağa və ildırım çıxmağa başlayıb.
Kəskin hava şəraiti səbəbindən Daşkəsən rayonunun və Gəncə şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Gəncə-Daşkəsən avtomobil yolunda nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.
Hazırda bölgədə analoji hava şəraiti davam edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...