Şəki sakinindən müxtəlif tipli tapançalar götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə şəhər sakini Abdullətif Bayramovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin zirzəmisindən “Makarov” və “Naqan” tipli tapançalar, onlara aid 22 ədəd patron, bir ədəd lüləsi kəsilmiş və bir ədəd qoşalülə ov tüfəngləri, həmçinin pnevmatik “TİR” tüfəngi, idman tapançası və ona aid 6 ədəd giliz, qırmalar və pistonlar, 5 ədəd bıçaq aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya göndərilib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...