SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Göyçayda dəhşətli olay: İtləri sahibkarın üstünə cumdurdan çobana sahibkar dəhşət yaşatdı — Şok təfərrüat

Göyçayda dəhşətli olay: İtləri sahibkarın üstünə cumdurdan çobana sahibkar dəhşət yaşatdı — Şok təfərrüat

Tarix:

3-06-2021, 12:47

/ 689 dəfə oxundu.
Göyçayda dəhşətli olay: İtləri sahibkarın üstünə cumdurdan çobana sahibkar dəhşət yaşatdı — Şok təfərrüat

Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1985-ci il təvəllüdlü Seymur Məhərrəmov fermalardan birində çoban işləyən Rasim Tarverdiyevi döyüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Seymur Məhərrəmov Göyçay rayonu Alxasava kəndində yerləşən taxıl əkdiyi əkin sahəsində Rasim Tarverdiyev ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən onu döyərək, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Seymur Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim İbrahim Fəttahovun icraatına verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur Məhərrəmov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur: “Hadisə baş verən günü, saat 06 radələrində Göyçay rayonu Alxasava kənd ərazisində icarəyə götürərək əkib becərdiyim taxıl sahəsinə gəldim. Rasimin xırdabuynuzlu mal-qaranı taxıl sahəsinə salıb otardığını gördüm. Həmin torpaq sahəsinin yaxınlığında digər sahibkar Vəliyevə məxsus ferma olub. Həmin ferma sahibi mənim əkdiyim həmin torpaq sahəsinin 300 hektarının ona məxsus olmasını iddia edib. Rasim Yarmət Vəliyevə məxsus həmin ərazidə yerləşən fermada çoban işləyib. Rasimə bir neçə dəfə həmin torpaq sahəsində əkdiyim taxılı mal-qara salıb otardığına görə iradımı bildirmişəm. Rasim isə Vəliyevin həmin torpaq sahəsinin ona məxsus olduğunu və mal-qaranı otara biləcəyini dedi. Bir neçə dəfə Rasimə həmin taxıl sahəsini mal-qara salaraq otlatmasını aşkar edib xəbərdar etsəm də, heç bir nəticə vermədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Rasim onun maşınını gördükdə əkin sahəsindən qaçaraq uzaqlaşmaq istəyib: “Maşını Rasimin yanına sürdü, maşından düşdükdə Rasim mal-qaranın içərisində olan çoban itlərini üzərimə gəlməsi üçün qızışdırdı. Rasimin əlində olan çomağı ondan aldım, itləri özümdən uzaqlaşdırdım. Sonra ağacı kənara atdım. Rasimin qolundan tutub nə üçün taxıl sahəsini otarmasını soruşdum. Rasim yerin Vəliyevə məxsus olduğunu, yaxşı etdiyini bildirdi. Əsəbləşərək yumruqla Rasimin üz nahiyəsinə zərbə endirdim”.

Məhkəmənin hökmü ilə Seymur Məhərrəmov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Şərhlər

XƏBƏR LENTİ