XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü
29-05-2021, 23:04

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasinin avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.