Ağsuda polis qadının itmiş pulqabısını tapıb
- 25-05-2021, 12:39
- 762
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Ağsu Rayon Polis Şöbəsinin ərazidə xidmət aparan əməkdaşları bu barədə məlumatlandırılıb və vətəndaşın pulqabısının tapılması üçün zəruri tədbirlər görülüb. Asayış keşikçiləri qısa zaman ərzində qadını sevindirməyi bacarıb. Belə ki, həmin pulqabı rayon ərazisindəki restoranların birində tapılaraq tam şəkildə sahibinə təhvil verilib.
Qadın müraciətinə operativ reaksiya verdiklərinə görə polislərə öz minnətdarlığını bildirib.