Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir - FOTO
Azərbaycanda vəkil barəsində cinayət işi başlanıb.
Apa-ya istinadən xəbər veririk ki, 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Əliyeva Sümbülə Məhəmmədəli qızı külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Belə ki, S. Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial siğortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə ödəməyərək mənimsəyib.
Zərərin 100 min manatdan çox olduğu bildirilir.
S. Əliyevaya Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
İş üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
S. Əliyeva barəsində olan cinayət işinin ibtidai istintaqı başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...