Bakıda polis özünü və sevgilisini xidməti silahla ÖLDÜRDÜ - YENİLƏNİB
- 20-05-2021, 14:49
- 1 071
DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
***
Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb.
Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.