Balakəndə narkobaron tutuldu - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vassitələrin qanunsuz dövriyyəsi, alqı-satqısı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini Aydın Qasımov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman 40-a yaxın kağız bükümdə satış məqsədilə saxladığı narkotik vasitə olan heroin və psixotrop maddə - metamfetamin, onların satışından əldə etdiyi 3500 manat pul, eləcə də xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 10 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Həyata keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən Balakən şəhər sakini Elnur Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...