Bulvara “hava almağa” çıxan sərxoş qız dənizə düşdü
- 11-05-2017, 13:22
- 36 737
Bu barədə Səbail Rayon Polis İdarəsindən bildiriblər.
Hadisə Bakının Neftçilər prospektində Milli parkda baş verib. Qız həmin an xoşbəxtlikdən tək olmayıb və onu dərhal sudan çıxarıblar. Hazırda Şirəliyeva Kliniki Tibbi Mərkəzdədir.
Onun həmin anda sərxoş olduğu məlumdur. “Hava almaq” üçün bulvara çıxıb, amma başı gicəllənib və dənizə yıxılıb.