İsmayıllıda bal oğurlayan şəxs tutulub
İsmayıllıda Bizlan kəndi ərazisindəki mağazadan tütün məmulatları, pul, telefon danışıq kartları, spirtli içkilər və müxtəlif qida məhsulları oğurlanması barədə RPŞ-yə müraciət olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlinin Balakən rayon sakini Məhəmməd Əmrəliyev və tanışı tərəfindən törədildiyi müəyyən edilib. Keçirilən tədbirlərlə M.Əmrəliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onların bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən şüşə qablardakı 40 kiloqram balı və mürəbbələri də oğurladıqları məlum olub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,oğurluqda iştirak edən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...