Gəncə sakinləri narkotiklə tutuldu - FOTO
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin (RPŞ) əməkdaşlarında şəhər sakini Ceyhun Paşayevin qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq Polis İdarəsinə gətirilib. Şəxsi axtarış zamanı C.Paşayevin əlindəki sellofan torbadan 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürlüb.
RPİ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib.
Belə ki, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Tofiq Abdullayev saxlanılarkən şəxsi baxış zamanı üzərindən 460 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Maddi sübutlar ekspertizaya təqdim olunub.
Saxlanılan şəxslərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək