SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda üç uşaq anası amansızlıqla qətlə YETİRİLDİ

Azərbaycanda üç uşaq anası amansızlıqla qətlə YETİRİLDİ

Tarix:

28-04-2021, 21:30

/ 741 dəfə oxundu.
Azərbaycanda üç uşaq anası amansızlıqla qətlə YETİRİLDİ

Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.
Hadisə Barzavu kəndində qeydə alınıb.
Belə ki, 40-45 yaşlarında olan qadın evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ