XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Bakıda modelin anasını döyüblər - FOTO

Bakıda modelin anasını döyüblər - FOTO

Bakıda modelin anasını döyüblər - FOTO
17-04-2021, 09:52

Bakıda yaşayan gürcü model, AZAL-ın sabiq futbolçusu Nuqzar Kvirtiyanın xanımı İnna Kvritiyanın anası döyülüb.
O, bu barədə öz Feysbuk hesabında yazıb.
İ.Kvirtiya bildirib ki, aprelin 8-dən 9-na keçən gecə naməlum kişi onun anasının mənzilindəki dəmir barmaqlıqları qıraraq içəri daxil olub və 5 saat yarım – 6 saat ərzində valideynini bıçaqla təhdid edib:
"Anamın bədəninə zərər yetirib, boğub, döyüb, boğazına bıçaq dirəyib və iplə boğmaqla hədələyib. Təsadüfən, həmin gün dörd yaşlı qızım Qabriel bizim yanımızda olub. Adətən həftənin həmin günləri nənəsi ilə qalır. Anam həmin gün tək olub.
Hücum edən şəxs rus dilində danışmayıb. Anam dili zəif bildiyinə, üstəlik stress vəziyyətində olduğuna görə onun Azərbaycan dilində dediklərinin hamısını anlamayıb. Saat 9-dək mənzildə qalan şəxs anamın polisə müraciət etməyəcəyi ilə bağlı razılığını aldıqdan sonra ön qapıdan çıxıb".
Modelin sözlərinə görə, anası hadisədən sonra 102-yə zəng vurub və hadiə barəsində məlumat verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara şikayət yazılıb. O, bildirib ki, anasına hücum edən şəxs əvvəllər də mənzildən oğurluğa görə ittiham olunub.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.