XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb
27-03-2021, 15:00

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında  gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi- İlkay Abdullayev və 5 nəfər müştəri saxlanılaraq RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.