SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Tarix:

27-03-2021, 13:16

/ 448 dəfə oxundu.
DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

2021-ci il mart ayının 26-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılmışdır.  
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.    
Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.   
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.

Şərhlər

XƏBƏR LENTİ