Şagirdin hicabını yerə atdığı deyilən direktor valideyni polisə verdi
- 17-02-2021, 12:10
- 955
Unikal.org-un əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdinin valideyni Quliyeva İlhamə Balağaqızı barəsində Abşeron Rayon Polis İdarəsində araşdırma başlanılıb. Polis əməkdaşları hazırda 1 saylı tam orta məktəbdə direktor Taliyə Mirzəyevadan izahat alır.
Qeyd edək ki, sosial şəbəkələrdə Novxanı kənd 1 saylı tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın şagirdin başından hicabı yerə atması barədə məlumatlar yayılıb.