XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Şagirdin hicabını yerə atdığı deyilən direktor valideyni polisə verdi

Şagirdin hicabını yerə atdığı deyilən direktor valideyni polisə verdi

Şagirdin hicabını yerə atdığı deyilən direktor valideyni polisə verdi
17-02-2021, 12:10

Novxanıda yerləşən 1 saylı tam orta məktəbdə direktor Taliyə Mirzəyeva onun haqqında məlumat yayan valideyn barəsində hüquq mühafizə orqanlarına şikayət edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdinin valideyni Quliyeva İlhamə Balağaqızı barəsində Abşeron Rayon Polis İdarəsində araşdırma başlanılıb. Polis əməkdaşları hazırda 1 saylı tam orta məktəbdə direktor Taliyə Mirzəyevadan izahat alır.

Qeyd edək ki, sosial şəbəkələrdə Novxanı kənd 1 saylı tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın şagirdin başından hicabı yerə atması barədə məlumatlar yayılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.