Qaxda 1 tona yaxın qarğıdalı oğurlayan şəxslər saxlanılıb
Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən taxıl anbarından 1 tona yaxın qarğıdalının naməlum şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər- Cəbrayıl rayon sakini Zaur Heydərov, Qax rayon sakinləri Elşən Əfəndiyev və Madonna Kuloşvili saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları qarğıdalını Elşən Əfəndiyevin yaşadığı ünvanda həyətyanı sahədəki tikilidə gizlədiblər və bir müddət keçdikdən sonra satmaq niyyətində olublar. Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qarğıdalı kisələri də gizlətdikləri yerdən götürülərək istintaqa təqdim edilib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, həmin şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək