Bakıda gəlininin intimgörüntülərini oğluna göstərən qayınana cərimələnib
Bakıda qayınana və gəlin dalaşıb, nəticədə onların hər ikisi cərimələnib.
Hadisə Xəzər rayonunun qəsəbələrindən birində qeydə alınıb.
Belə ki, C.M. adlı qadının porno görüntüləri onun qayınanası G.M.-nın əlinə keçib. G.M. həmin görüntüləri oğluna göstərərək arvadını boşamağı tələb edib. Oğlu isə həyat yoldaşına aid görüntülərin toydan əvvəl çəkildiyini, C.M-nı sevdiyini, ondan ayrılmaq istəmədiyini deyib.
Qayınanasının hərəkətindən əsəbləşən C.M. onunla dalaşıb və qayınanasının boğazından möhkəm sıxıb. G.M. isə evdə olan külqabını gəlininin başına çırpıb.
C.M. və G.M. polisə şikayət edib.
Nəticədə onların hər ikisi İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə) maddəsinə əsasən 300 manat məbləğində cərimələnib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək