XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Bakıdakı qonşular Zaqatalada heroin satarkən saxlanılıb - FOTO

Bakıdakı qonşular Zaqatalada heroin satarkən saxlanılıb - FOTO

Bakıdakı qonşular Zaqatalada heroin satarkən saxlanılıb - FOTO
1-02-2021, 10:47

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də oğurluğa görə məhkum olunmuş Elnur Səmədov və Bakı şəhər sakini Ceyhun Əkbərov saxlanılıb. C.Əkbərovun idarə etdiyi “Kia” markalı avtomobilə baxış keçirilən zaman 212 qramdan artıq heroin və 105 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin aşkar olunub.

İstintaq zamanı E.Səmədovun Bakı şəhərində kirayə yaşadığı evdə qonşusu, taksi fəaliyyəti ilə məşğul olan C.Əkbərovla birgə sonuncunun idarə etdiyi “Kia” markalı avtomobillə Zaqatalaya gəldiyi və burada narkotik vasitələri satmaq niyyətində olduğu müəyyən edilib. Ancaq həmin şəxslər niyyətlərini həyata keçirə bilməyiblər. Belə ki, polis onları narkotik vasitələri satmaq istəyərkən “iş başında” yaxalayıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
Bakıdakı qonşular Zaqatalada heroin satarkən saxlanılıb - FOTO



XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.