Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Qonaqkənd kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Şamaxı rayonu İkinci Çaylı kənd sakinləri Fəxrəddin Zərbəliyev və Sübhan Həbibov olduqları məlum olub. Həmin şəxslərdən “MR-155” və “Tula” markalı ov tüfəngləri, həmçinin hər iki silaha məxsus 35 patron götürülüb. S.Həbibova məxsus “Tula” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı da müəyyən edilib.
Faktla bağlı qanun pozucuları barəsində Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək