XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Sabiq deputata qarşı dələduzluq: Armatur biznesinə başlayıbmış

Sabiq deputata qarşı dələduzluq: Armatur biznesinə başlayıbmış

Sabiq deputata qarşı dələduzluq: Armatur biznesinə başlayıbmış
25-12-2020, 16:57

Uzun müddət Naxçıvan Ali Məclisinin deputatı olmuş və Naxçıvanda müxtəlif rəhbər vəzifələrdə çalışmış Nəsrulla Bayramova qarşı Bakıda 230 min manatlıq dələduzluq edilib. N. Bayramov hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, tanışı Bağırov Elçin Səmid oğluna iş görmək adı ilə 230 min manat verib. E. Bağırov isə pulu mənimsəyib.
Faktı APA-ya N. Bayramovun özü də təsdiqləyib. O bildirib ki, Elçin Bağırovla alacaqları armaturu tikinti şirkətlərinə sataraq qazanc əldə etməyi planlaşdırıblar: “Bir ayın tamamında Elçin Bağırov vəd etdiyi qazancı çatdırmadı. Araşdırdım ki, pulu mənimsəyib. Rəsmi qurumlara müraciət etdim. Hüquq-mühafizə orqanlarından mənə məlum oldu ki, bu, Elçin Bağırovun ilk dələduzluq əməli deyil. O, əvvəl də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Şikayətim prokurorluq tərəfindən Yasamal Rayon Polis İdarəsinə göndərilib. Lakin Elçin Bağırov barəsində cinayət işi başlanmandı”.
Sabiq deputat qeyd edib ki, müstəntiq qərarında göstərib ki, Elçin Bağırov pulu Nəsrulla Bayramovdan yox, Habil Əliyevdən aldığını deyir: “Lakin Habil Əliyevin də zərərçəkmiş kimi tanınmayıb. Əsas kimi də 230 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi yox, uğursuz biznesə görə “batdığı” göstərilib. Bütün səs yazılarını istintaq orqanına təqdim etmişəm. Elçin Bağırov Habil Əliyevlə danışığında pulu məndən aldığını dəfələrlə etiraf edib, hətta borc qarşılığında mənə mənzil də təklif edib. Elçin Bağırov alqı-satqısı ilə də məşğuldur. Elə bu işlə bağlı da bir neçə nəfərə qarşı dələduzluq edib. Bu adamı kimlərin himayə etdiyini bilmirəm. Bir dəfə dələduzluğa görə məhkumluq həyatı yaşayıb. Lakin Yasamal rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilov işə düzgün baxmır, işi araşdırmır”.

N. Bayramov qeyd edib ki, hüquqlarının bərpası üçün aidiyyəti qurumlara müraciətlərini davam etdirir.

Yasamal rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilov isə APA-ya bildirib ki, həmin iş üzrə cinayət işi başlanılıb: “Həmin fakt üzrə Elçin Bağırov barəsində 3 cilddə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri aparılır"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.