XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » "Rahat” marketin müdiri işçisinin qanını tökdü — Hesab davası

"Rahat” marketin müdiri işçisinin qanını tökdü — Hesab davası

25-11-2020, 10:28

Bakıda məşhur ticarət mərkəzində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü İsmayıl Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, İsmayıl Kərimli 31 mart 2020-ci il tarixdə, saat 23 radələrində Nərimanov rayonunda yerləşən “Rahat” supermarketin arxa qapısının qarşısında həmin marketdə satıcı işləmiş Rəşad Ağakişiyev ilə meyvə tərəvəz şöbəsinin hesabatını tez aparmaması üçün mübahisəsi olub.

Bu zaman İsmayıl Kərimli özündə olan bıçaqla Rəşad Ağakişiyevi vurub, ona bir neçə yerdən bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən İsmayıl Kərimlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl Kərimli bildirib ki, 2019-cu ilin fevral ayından etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən Metropark əyləncə mərkəzinin alt mərtəbəsindəki “Rahat” supermarketdə müdir müavini vəzifəsində işləyib: “Vəzifəm marketin mədaxil və məxaricinə nəzarət etmək olub. Hər ay marketin şöbələrinin hesabatını aparıb, mədaxil və məxarici müəyyən etmişəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, martın 31-də saat 19 radələrində marketdə çərəz şöbəsinin hesabatını aparmağa başlayıb: “Həmin vaxt Rəşad işdə olmayıb. Sonuncu ilə telefonda danışdım, Rəşad evdə olduğunu, gələnə qədər onun işlədiyi şöbənin hesabatını hazırlamasını dedi. Rəşada hazırda çərəz şöbəsinin hesabatını yazdığını, bitirdikdən sonra meyvə-tərəvəz şöbəsinin hesabatını yazmağa başlayacağımı bildirdim. Təxminən saat 21 radələrində Rəşad marketə gəldi, məndən hesabatı hazırlayıb-hazırlamadığımı soruşdu. Sonuncuya təxminən yarım saata işimi bitirib, hesabatı yazacağımı dedim. Bu sözləri eşidən Rəşad “niyə mənə qarşı hörmətsizlik edirsən, - deyə bildirdi. Hazırda əlimdə işimin olduğunu bildirdim. Buna görə aramızda mübahisə yarandı. Anbarda işimi bitirdikdən sonra çərəz şöbəsinin hesabatını aparmaq üçün mağazanın içərisinə gəldim. Hesabat bir qədər çox vaxt apardığından Rəşad yaxınlaşaraq kobud şəkildə “qudurmusan?” –deyə bildirdi. Rəşadın sözlərinə əhəmiyyət vermədim. Bir qədər sonra meyvə-tərəvəz şöbəsinin hesabatını aparmaq üçün həmin şöbəyə getdim. Bu vaxt Rəşad mənə yaxınlaşdı, aqressiv şəkildə məni marketdən çölə çağırdı və marketin arxasına keçdik. Orada Rəşad bir əli ilə sinəmdən tutdu, digər əli ilə yumruğunu üstümə sıxdı, söyüşlərlə məni təhqir edərək alçaltdı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Rəşad Ağakişiyev güləş idman növü ilə məşğul olduğundan fiziki cəhətdən ondan güclü olub: “Bu səbəbdən Rəşadın təhqirlərinə cavab vermədim. Sonra biz mağazaya qayıtsaq da, Rəşadın hərəkətlərini qəbul edə bilmədim. Buna görə də paltarlarımı dəyişdim ki, evə gedim. Bu zaman marketin içərisində yenə də Rəşadla qarşılaşdım. Sonuncuya dedim ki, əsəbisən, sakitləş axşam gələrsən Əcəmidə söhbət edərik. Rəşad bu sözdən əsəbləşdi, mənə çölə çıxmağımı dedi, çıxmayanın ünvanına söyüş söydü. Odur ki, öz otağıma daxil olub, meyvə bıçağını götürdüm. Sonra Rəşadın arxasınca çölə çıxdım. Sonuncunun üzərinə getdim, onu qolundan və ayağından bıçaqla vurdum. Rəşadın ayağından qan gəlməyə başladı. Bu vaxt əl çantasının ipi ilə onun ayağındakı yaranı bağladım. Dərhal təcili tibbi yardıma zəng etdim, həkimlər gələrək Rəşadı xəstəxanaya apardı. Rəşada xəsarət yetirmək yox, sonuncunun təhqirlərindən bezib, qorxutmaq məqsədi ilə bıçaq çıxartmışam. Güman etdim ki, ətrafdakı adamlar onları aralayacaq, lakin heç kim yaxınlaşmadığından məcbur olaraq Rəşadı vurdum. Əməlimdən peşmanam”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Kərimli 3 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

“Rahat” marketin müdiri işçisinin qanını tökdü – Hesab davası

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.