SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Elmir Qocayev silahla saxlanıldı - FOTO

Elmir Qocayev silahla saxlanıldı - FOTO

Tarix:

19-10-2020, 13:09

/ 800 dəfə oxundu.
Elmir Qocayev silahla saxlanıldı - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 40 yaşlı Elmir Qocayev rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “TT” tipli tapança,və həmin tapançaya məxsus 2 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Elmir Qocayev silahla saxlanıldı - FOTO

Şərhlər

XƏBƏR LENTİ