Mingəçevirdə dələduzluq yolu ilə vətəndaşların mobil telefonlarını ələ keçirən şəxs saxlanılıb
- 17-08-2020, 11:07
- 728
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu etməkdə şübhəli bilinən şəxsin Mingəçevir şəhər sakini Rəşad Məmmədli olduğu müəyyən edilərək, saxlanılıb. O, 6 nəfərin etibarından sui-istifadə edərək, danışmaq adı ilə mobil telefonlarını alıb, geri qaytarmayıb. R.Məmmədli ifadəsində həmin telefonları sataraq əldə etdiyi pulu özü üçün xərclədiyini bildirib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.