Azərbaycanda xanım məmuru kim və niyə öldürüb? - QATİL TUTULDU
Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.Məlumata görə, "Azərsığorta" Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramovanı qətlə yetirən şəxs saxlanılıb.
Həmin şəxs şirkətin baş mühasibi Vidadi Vəliyevdir. V.Vəliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. O, istintaqa ifadəsində qətli pul mübahisəsi üstə törətdiyini bildirib. V. Vəliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerinə aparılıb və cinayət yerində dindirilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.
Qeyd edək ki, aprelin 22-də "Azərsığorta" Dövlət Sığorta Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramova iş otağında küt alətlə qətlə yetirilib. Onun müavini Vidadi Bəhman oğlu Vəliyev şahid qismində ifadə verərkən bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...