Abşeronda FACİƏ: Avtobusu arxaya verərkən iş yoldaşını öldürdü
- 12-08-2020, 13:40
- 908
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə avqustun 11-də saat 22 radələrində Xırdalan şəhəri ərazisində yerləşən avtobus qarajında qeydə alınıb.
Orada işləyən Şəki şəhər sakini E.Bədəlov idarə etdiyi “Daewoo” markalı avtobusu arxaya verərkən iş yoldaşı, şəhər sakini Təbriz Həsənovu vurub.
Xəsarət alan T.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.