"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb
"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb
Bir neçə gün öncə koronavirusdan vəfat etmiş jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb.
Bu barədə jurnalistin oğlu məlumat verib.
O, məsələnin ictimailəşməsində və bu məsələnin həll olmasında köməklik göstərilməsini xahiş edib: "17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı "Yeni Klinika" tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb, itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir".
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu iyulun 28-də müalicə aldığı "Yeni Klinika"da vəfat edib.(Dominant.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək