SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Prokurorluq Bərdədəki silahlı insidentlə bağlı məlumat yaydı

Prokurorluq Bərdədəki silahlı insidentlə bağlı məlumat yaydı

Tarix:

13-07-2020, 10:16

/ 1 217 dəfə oxundu.
Prokurorluq Bərdədəki silahlı insidentlə bağlı məlumat yaydı

İyulun 12-də saat 06 radələrində Bərdə rayonu, Otuzikilər kənd sakini 1997-ci il təvəllüdlü Namiq Ağamirova ov tüfəngi ilə atəş açılaraq xəsarət yetirilməsi barədə məlumat daxil olmuşdur.

Bərdə rayon prokurorluğundan verilən məlumatda qeyd olunur ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

Araşdırmalarla cinayətin həmin kənd sakini, 1976-cı il təvəllüdlü Qadir İbrahimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qadir İbrahimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ