SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Kişi təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı - Azərbaycanda

Kişi təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı - Azərbaycanda

Tarix:

12-06-2020, 09:59

/ 1 935 dəfə oxundu.
Kişi təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı - Azərbaycanda

Qax rayonunda intihar hadisəsi qeydə alınıb.

“Sputnik Azərbaycan”a istinadən xəbər veririk ki, hadisə rayonun Almalı kəndində baş verib.

Kənd sakini Nofəl Məzahir oğlu Yusifov özünü yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından asaraq intihar edib. Mərhumun meyitini anası aşkar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, N.Yusifov üç il öncə, toyuna bir neçə gün qalmış sirkə turşusu içərək, intihara cəhd etmişdi. Həmin vaxt anasının müdaxiləsi ilə özünəqəsdin qarşısı alınmışdı.

Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Mərhum ailəli idi, bir övladı var.

Şərhlər

XƏBƏR LENTİ