DTX İmişlidə başçı ilə yanaşı daha bir neçə məmuru da HƏBS EDİB

Hadisə

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı İmişli RİH başçısı Vilyam Hacıyev saxlanılaraq, Bakıya gətirilib.

RİH başçısının birinci müavini Səfa Ağayev də əməliyyat çərçivəsində tutulub.

***
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Bu barədə Modern.az-a İmişli Rayon İcra Hakimiyyətindəki mənbələr məlumat veriblər. Günün sonunda rəsmi məlumatın yayılacağı qeyd olunur.