Oğuzda karantin qaydalarını pozan sərxoş sürücü saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, karantin rejimi ilə əlaqədar rayonların giriş-çıxışlarında yaradılan postlarda Qəbələdən Oğuz rayonu istiqamətdə hərəkət edən “OKA” markalı avtomobilin sürücüsünə hər iki postda “saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən Oğuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həmin avtomobil təqib edilib. Bir müddətdən sonra polis əməkdaşları onu saxlamağa nail olublar. Sürücünün Bərdə rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Planşetlə yoxlanılan zaman İ.Abdullayevin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi və həkim müayinəsindən keçirildikdən sonra onun sərxoş olduğu da məlum olub.
Oğuz Rayon Polis Şöbəsində İ.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə potokol tərtib olunub və o, cərimə edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...