İki nəfərin ölümünə səbəb olan sürücüylə bağlı - Açıqlama
Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qəsəbə sakinləri Z.Qasımzadənin idarə etdiyi “KİA”, Ü.Əşrəfovun idarə etdiyi “Mercedes” və Qodman kənd sakini Kənan Hətəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə K.Hətəmov və sərnişini Ağan Alışov hadisə yerində ölüb, digər sərnişinləri isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsi və prokurorluğu qəzayla bağlı məlumat yayıb.
Bildirilib ki, fakt üzrə Masallı Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb. İş üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Kia Sorento” markalı 90-ZR-590 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zaman Qasımzadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, daha sonra Z.Qasımzadənin hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Zaman Qasımzadə Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...