SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Milli Məclisin sabiq əməkdaşının həbsdə olan FOTOSU

Milli Məclisin sabiq əməkdaşının həbsdə olan FOTOSU

Tarix:

17-04-2020, 17:07

/ 1 500 dəfə oxundu.
Milli Məclisin sabiq əməkdaşının həbsdə olan FOTOSU

Bu gün Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsində cəza çəkən 50-ə yaxın şəxslə Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov görüş keçirib.

“Report”a istinadən xəbər veririk ki, görüş zamanı bildirilib ki, sürücülərə 15 gündən 1 aya qədər inzibati cəza verilib.

Qeyd edilib ki, saxlanilan şəxslər arasında polis postlarını dağıdan, eləcə də polis əməkdaşlarının üzərinə maşın sürən, onlara fiziki xəsarət yetirən şəxslər də var.

Onlardan biri Milli Məclis Aparat rəhbəri xidmətinin sabiq məsləhətçisi Rəmzi Şükürovdur.

R.Şükürov əməlindən peşman olduğunu deyib: "Rayonda xəstəmiz var idi və onu ziyarət etməyə gedirdim. Polis postunu görmədim. Daha sonra görəndə isə saxlamaq imkanım olmadı. Bu cür vəziyyət oldu. Digər vətəndaşlara da müraciət edirəm ki, polisin göstərişlərinə əməl etsinlər".

Şərhlər

XƏBƏR LENTİ