Karantin rejimini pozan şəxslərdən narkotik vasitə də aşkar edildi
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Bakı şəhər sakinləri olan Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai H-1” markalı nəqliyyat vasitəsi ilə Bakı-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu Gəndov kəndi ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Məlum olub ki, həmin şəxslər icazə sistemi vasitəsi ilə ərzaq almaq üçün 2 saatlıq icazə alaraq istirahət etmək məqsədi ilə şimal bölgəsinə gəlmək istəyiblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərilərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman həmin nəqliyyat vasitəsində gizlədilən saxlanılan şəxslərə məxsus ümumilikdə üç kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Murad Quliyev və Mustafa Əsgərov həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək