Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aprelin 10-da Şəmkir rayon sakini Orxan Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə rayonun qərb istiqamətindəki çıxışında xüsusi karantin rejimi ilə bağlı yaradılan polis postuna yaxınlaşaraq Tovuz rayonuna getmək istədiyini bildirib. Polis əməkdaşları vətəndaşa karantin qaydalarını izah edərək bunun yol verilməz olduğunu bildiriblər və sürücüdən geri qayıtmasını tələb ediblər. Bu zaman Orxan Hüseynov polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq postu qanunsuz keçib. Məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə ara yollarla Qazax rayonuna qədər gedib çatan sürücü geri qayıdan zaman yenə də Şəmkir rayonun Düyərli kəndi ərazisindəki polis postunu qanunsuz keçmək istəyib. Lakin cəmi bir neçə metr irəlilədikdən sonra idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və yanındakı sərnişin, Şəmkir rayon sakini Ülvi Süleymanov yüngül bədən xəsarətləri alıb. Polis əməkdaşları dərhal qəza baş verən əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşlarını çağırıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, səhhətlərində ciddi problemin olmadığı aşkarlanıb.
Sürücü və sərnişin aidiyyəti məhkəmənin qərarı ilə 30 sutka həbs olub. Bundan başqa Orxan Hüseynov bir illik sürücülük hüququndan da məhrum edilib.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək