Zaqatala sakinindən yivli silah götürülüb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş və hal-hazırda elektron qolbaq daşıyıcısı Əşrəf Hacızadə saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı Zaqatala RPŞ-də Ə.Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək