SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Kişi arvadını, qaynını və qayınanasını güllələyib sonra özünü vurdu

Kişi arvadını, qaynını və qayınanasını güllələyib sonra özünü vurdu

Tarix:

26-02-2020, 17:24

/ 716 dəfə oxundu.
Kişi arvadını, qaynını və qayınanasını güllələyib sonra özünü vurdu

Masallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bir müddət əvvəl həyat yoldaşından ayrılan rayonun Təzəkənd kənd sakini Sarvan Nəbiyev ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Aliməyə, qaynanası Zemfiraya və qaynı Alimə öv tüfəngindən atəş açıb.

Hadisə nəticəsində S.Nəbiyevin keçmiş həyat yoldaşı və qaynı ölüb. Qaynanası isə yaralanıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bundan sonra qətli törədən S.Nəbiyev yardımçı tikilidə çənə nahiyəsindən özünə atəş açıb.

Şahidlərin bildirdiyinə görə, hadisə qız tərəfinin oğlanın evinə cehizlərini götürmək üçün gələn zaman baş verib.

Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı uşağı var.

Faktla bağlı prokurorluq araşdırma aparılır.

*** 16:39

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır.

Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.

Şərhlər

XƏBƏR LENTİ