"Azercell”in maşınına hücum olundu - 20 min manatı apardılar
"Azercell” şirkətinin avtomobili qarət olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Şəki şəhərinin Cəfərabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Azercell”ə məxsus, Rasim Muxtarzadənin idarə etdiyi “Ford” markalı avtomobillə arxadan gələn “VAZ 2106” markalı maşın toqquşub. “VAZ 2106”dan düşən naməlum şəxslər “Ford”da olan sürücü və sərnişin - “Azercell”in Şəki şəhərində diler mağazasının müdiri Cəlal Kərimova xəsarət yetirərək onun üzərində olan şirkətə məxsus təxminən 15-20 min manat pulu aparıblar.
Faktla bağlı Şəki Şəhər Polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, xəbəri ilk olaraq "mediapost.az" yayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək